Rumıniya Azərbaycanı qabaqladı - UEFA reytinqi

10.12.2021 11:29     Sport reaksiya     466

UEFA Avrokuboklarda qrup mərhələsinin sonuncu - 6-cı turundan sonra yeni reytinq siyahısını açıqlayıb.

Qol.az xəbər verir ki, cədvəldə müəyyən dəyişikliklər olub. "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində səfərdə "Bazel"ə (İsveçrə) uduzduğundan (0:3) ölkəmizin aktivinə xal əlavə olunmayıb.

Azərbaycan sıralanmada bir pillə geriləyərək 26-cı yerə enib. Ölkəmizin aktivində 17.000 xal var. Rumıniya isə xallarını 17,150-yə çatdıraraq 25-ci yeri ələ keçirib.

Qeyd edək ki, cədvələ 99,783 xala malik İngiltərə başçılıq edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar