Güləşçilərimiz dünya çempionatından geri qayıdıb

19.08.2015 07:40     Sport reaksiya     1904

Braziliyada keçirilən Dünya çempionatında 4 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız Vətənə qayıdıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Heydər Əliyev adına hava limanında onları Azərbaycan Güləş Federasiyasının nümayəndələri və yaxınları qarşılayıblar.

 

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Nurməhəmməd Hacıyev, Mahir Əmiraslanov, Teymur Məmmədov, Səid Həmidov  qızıl, Arif Hüseynov isə bürünc medal qazanıb.

 

Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb. Qızıl medalların sayına görə isə, sərbəst güləş yığmamız bütün komandaları qabaqlayaraq yeni bir tarix yazıb.

 

Şərhlər

Çox oxunanlar