“Barsa” hələ də Messilə bağlı məhsulları satır

27.12.2021 07:59     Sport reaksiya     508

“Barselona” hazırda PSJ-də oynayan keçmiş futbolçusu Lionel Messi ilə bağlı olan bir sıra məhsulların satışını davam etdirir.

Oxu.az-ın məlumatına görə, klub argentinalının avtoqrafı olan idman köynəyini 1170 avroya, Messinin imzası olan kapitan sarğısını isə 643,5 avroya satır.

Həmçinin klub mağazasında 2013/2014 mövsümünə aid və üzərində Xavi, İnyesta və Messinin avtoqrafları olan köynəyi 2950 avroya almaq mümkündür.

Qeyd edək ki, Messi 10 avqust 2021-ci ildə Paris klubuna keçib.

Şərhlər