Mədət Quliyev ukraynalı mütəxəssisə vəzifə verdi

11.01.2022 13:04     Sport reaksiya     471

Ukraynalı mütəxəssis Oleq Berezovski Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru vəzifəsinə təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev əmr imzalayıb.

Yeni idman direktorunu qəbul edən Federasiya prezidenti qarşıya qoyulan məqsədlərdən danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Reaksiya.az

Şərhlər