Pikenin cəzası müəyyənləşdi
19.08.2015 17:49 Sport reaksiya 1975
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi ölkə Super Kubokunda baş verənlərlə bağlı cəzaları açıqlayıb.
Reaksiya.az xəbər verir ki, Bilbao "Atletik"i ilə qarşılaşan "Barselona"nın futbolçusu Cerard Pike sərt cəzaya məruz qalıb.
Matçın 56-cı dəqiqəsində yan xətt hakimini təhqir edən Pike baş hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Komitənin iclasında isə video və foto sübutlarına əsaslanaraq futbolçunun hakimi təhqir etməsi sübuta yetirilib.
Nəticədə Pikeyə 4 oyunluq cəza verilib. Bundan əlavə, təhqirə görə futbolçu 3005 avro, klubu isə 1400 avro ödəməli olacaq.
Qeyd edək ki, 2 görüşdən ibarət olan Super Kubokun qalibi "Atletik" klubu olub. Bilbao təmsilçisi 2 oyunun nəticəsinə görə 5:1 hesablı qələbə qazanıb - 4:0 və 1:1
Şərhlər