"Qarabağ" əsrin rekorduna imza atıb
16.05.2022 12:57 Sport reaksiya 548
![](https://img.reaksiya.az/news/2022/05/photo_34048.jpg)
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.
"Köhlən atlar" yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.
Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.
Şərhlər