Şəhriyar Məmmədyarov yeni yarışa başlayır

30.05.2022 12:14     Sport reaksiya     576

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək.

Yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaqlar.

Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.

Dairəvi sistemlə təşkil olunan bir günlük turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcək.

Qeyd edək ki, “Norway Chess” turniri 31 may - 10 iyun tarixlərində gerçəkləşəcək.

Reaksiya.az

Şərhlər