Cavid Hüseynov türmədən mesaj göndərdi: "Qələbə gözləyirəm"

20.08.2015 21:01     Sport reaksiya     2319

Bu gün vəkil Adəm Məmmədov Bakı İstintaq Təcridxanasında "Qəbələ" klubunun həbsdə olan sabiq kapitanı Cavid Hüseynovla görüşüb.

Reaksiya.az-ın Reporta istinadən verdiyi məlumata görə bu barədə vəkilin özü məlumat verib. Onun sözlərinə görə, Cavid Hüseynov görüşdə saxlanma şəraitindən narazılıq etməyib: "Cavid Hüseynov bu gün "Qəbələ"nin "Panatinaikos" (Yunanıstan) klubu ilə keçirəcəyi görüşdən qələbə gözlədiyini bildirib. C.Hüseynov dedi ki, "Qəbələ" bu gün qələbə qazanacağı təqdirdə məni çox sevindirəcək".

Şərhlər