Millimizi çempion edən qolun müəllifi danışdı
15.06.2022 13:51 Sport reaksiya 532
Bu yarışa ikinci dəfə idi qatılırdıq. İlk dəfə 2018-ci ildə Ukraynada keçirilən Avropa Çempionatına qatılmışdıq. Daha sonra pandemiya dövrünə təsadüf etdi. Amma məşqlərimizi bacardığımız qədər davam elətdirdik və 2022-ci ildə Slovakiyaya yollandıq. Nəticə isə göz önündədir.
Bu sözləri Axar.az-a minifutbol komandamızın Avropa çempionatında yeganə qələbə qolumuzun müəllifi Seymur Məmmədov deyib.
O bildirib ki, qələbədə oyuna hazırlıq, komanda birliyi və məşqçilərin düzgün strategiya seçiminin mühüm rolu olub.
“Şükürlər olsun ki, biz qalib gələrək Avropa çempionu olduq. Vətənə dönən zaman Azərbaycan xalqının bizi qarşılamağı həddindən artıq çox xoş oldu. Qələbəni Azərbaycan xalqına həsr etmişdik.
Gələn kimi bizi cənab Prezident İlham Əliyev qəbul etdi. Təbrik etdi və necə lazımdırsa, dəstək olmağa söz verdi.
Yanvar ayında Dünya Çempionatı baş tutmalıdır. Bir az istirahət etdikdən sonra yenidən məşqlərə davam edəcəyik”, - S.Məmmədov deyib.
Şərhlər