"Qəbələ"dən qolsuz bərabərlik

21.08.2015 00:13     Sport reaksiya     2365

Reaksiya.az-ın məlumatına görə, “Qəbələ” öz meydanında Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.

III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrup mərhələsinin bir addımlığında “Panatinaikos”la üz-üzə gəlib.

Təmsilçimiz bir neçə dəfə cəhdlər etsə də oyunda hesabı açmaq mümkün olmayıb. Matç başladığı kimi də qolsuz başa çatıb.

 

Şərhlər

Çox oxunanlar