Qarabağdan möhtəşəm qələbə! - VİDEO

21.08.2015 00:52     Sport reaksiya     2347

Qeyd etdiyimiz kimi bu gün UEFA Avropa liqinin pley-of mərhələsinin ilk oyunları keçirilib. Təmsilçimiz Ağdamın "Qarabağ" klubu səfərdə İsveçrənin "Young Boys" klubu ilə qarşılaşıb. Reaksiya.az-ın məlumatına görə komandamız səfərdən uğurlu nəticə ilə ayrılıb. Belə ki, ağdamlılar oyunun 67-ci dəqiqəsində Riçard Almeydanın vurduğu möhtəşəm qolla oyundan qalib ayrılıb. 

Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Şərhlər

Çox oxunanlar