Bu gün İspaniya çempionatı başlayır

21.08.2015 07:02     Sport reaksiya     2074

Artıq yay fasiləsi bitmək üzrədir. Avropada  ölkə çempionatlarının əksəriyyəti start götürüb. Bu gün " La Liqa" yeni mövsümə başlayır. Reaksiya.az xəbər verir ki, mövsümün ilk oyunu bu gün Malaqa və Sevilya arasında baş tutacaq.
Son çempion Barselona avqustun 23-ü Atletik Bilbaonun qonağı olacaq. Real Madrid isə bazar günü  birinci liqaya yeni yüksələn Sportinq Qijonla səfərdə qarşılaşacaq. Ötən mövsümün üçüncüsü Atletiko Madrid şənbə günü liqanın yeni komandası olan Las-Palmasa qonaq olacaq.  
Qeyd edək ki, Barselonaya qoyulan transfer qadağası səbəbiylə yeni transferi türkiyəli ulduz Arda Turan yanvar ayına qədər oyunlara çıxa bilməyəcək.

Şərhlər

Çox oxunanlar