"Neftçi"nin oyununa giriş pulsuz olacaq

21.08.2015 09:33     Sport reaksiya     2124

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sumqayıt" oyununa giriş pulsuz olacaq. Reaksiya.az-ın Reporta istinadən verdiyi məlumata görə, buna səbəb paytaxt klubunun "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynamasıdır.

Qeyd edək ki, "Bakcell Arena" AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan - Xorvatiya matçı səbəbindən təmirə bağlanır. "Neftçi" istisna hal kimi "Sumqayıt"la matçı izləmək istəyən azarkeşlər üçün stadiona girişi pulsuz edib.

Şərhlər

Çox oxunanlar