"Sevinmək hələ tezdir" - "Qarabağ"dan açıqlama

21.08.2015 15:49     Sport reaksiya     2719

Xəbər verildiyi kimi, dünən UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ”  futbol klubu rəqib meydançasında İsveçrənin "Young Boys" komandası ilə üz-üzə gələrək 1-0 hesabı ilə qələbə qazanıb.

Reaksiya.az komandanın sevincli anlarını bölüşmək üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb.

O, “Qarabağ”ın qələbəsinə sevinməyin hələ tez olduğunu bildirib:

“Baş məşqçimiz Qurban Qurbanov oyundan sonra komanda üzvləri ilə toplantı  keçirdi. O, futbolçuları növbəti oyunda daha məsuliyyətli olmağa çağırdı. Çünki rəqib də turu keçmək üçün ciddi cəhd göstərəcək. Ona görə də bu bir həftə ərzində komandanın daha ciddi hazırlaşmalı olduğunu bildirdi. İlk mərhələdə qələbə qazanmağımız hər şeyin bitməsi anlamına gəlmir. Bizi Bakıda daha çətin oyun gözləyir".

Mətbuat xidmətinin rəhbəri komandalar arasında cavab görüşünün avqustun 27-də Bakıda reallaşacağını deyib:n vacib oyun qarşıdadır. Bu mərhələnin hələ 90 dəqiqəsi geridə qalıb. Rəqibimiz çox güclü və təcrübəlidir. Təbii ki, qələbə qazanmaq və insanların sevincini görmək çox xoşdur".

Şərhlər