"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

13.10.2022 13:09     Sport reaksiya     489

"O, Azərbaycanda qəhrəman hesab edilir".
 
"Report"un məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun korporativ sosial məsələlər üzrə direktoru Nikos Qavalas azərbaycanlı hakim Tofiq Bəhramov haqqında instaqram hesabında yazıb.
 
Klub rəsmisi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionundan foto paylaşıb.
 
Qavalas arenanın Abşeron yarımadasının cənub sahilində, Avropanın ən şərq paytaxtı, küləklər şəhəri Bakıda yerləşdiyini bildirib. Direktor Tofiq Bəhramovun 1966-cı ildə İngiltərənin Almaniyaya 4:2 hesabı ilə qalib gəldiyi dünya çempionatının final görüşündə verdiyi tarixi qərardan bəhs edib.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
 
1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.
 

Şərhlər

Çox oxunanlar