Arda Turan "Barselona"da nə qədər qazanacaq?

22.08.2015 02:49     Sport reaksiya     2151

İspaniya mətbuatı ilk dəfə Arda Turanın "Barselona"dan alacağı illik qazancını açıqlayıb. Türkiyə yığmasının üzvü ilinə 8 milyon avro alacaq. Ancaq bu məbləğ qələbəyə görə verilən mükafatlarla birlikdə 11 milyon avroya qədər qalxa biləcək.

Madrid "Atletiko"sunun 41 milyon avroya "Barselona"ya satdığı Arda Turanın özünə bu məbləğdən 4 milyon avro qalacağı da bildirilir. Çünki Arda bu pulun təxminən yarısını İspaniya hökuməti üçün vergilərə verməli olacaq. Belə ki, İspaniyada bu il qəbul edilən qanuna görə, 1 milyon avrodan çox pul qazanan futbolçular aldığı məbləğin yarısını vergi orqanlarına ödəməlidir.

Arda Turan bütün mövsüm boyu oyunların 60 faizində iştirak edərsə, əlavə 1 milyon avro pul da alacaq. "Barselona" Çempionlar Liqası və İspaniya çempionluğunu qazandığı halda isə bu məbləğ daha 1 milyon avro artacaq. Beləliklə, onun cibinə gedən məbləğ 6 milyon avroya çatacaq.

Qeyd edək ki, Arda Turanın maaşı Messi, Neymar, Luis Suares və Andres İnyestanın maaşından çox aşağı olsa da, təxminən xorvatiyalı İvan Rakitiç ilə eynidi. Ancaq FİFA-nın "Barselona"ya verdiyi cəza üzündən Ardanın yanvardan etibarən yeni komandasında oynaya biləcəyini nəzərə alsaq, onun bu il klubunda qazanacağı əlavə pullardan məhrum olduğu görünür.

Şərhlər

Çox oxunanlar