"Erməni idmançı Bakıda şahmat oynaya bilməz"

22.08.2015 13:40     Sport reaksiya     2513

Xəbər verildiyi kimi, gələn ayın 10-da Bakı Ümumdünya Şahmat Federasiyasının Dünya Kubokuna ev sahibliyi edəcək.

Oktyabrın 5-nə qədər davam edəcək və 128 şahmatçının mübarizə aparacağı turnirdə 6 erməni şahmatçısının qoşulacağı xəbəri də yayılıb.

Xatırladaq ki, erməni idmançılarının, ümumiyyətlə erməni nümayəndələrinin Bakıya gəlməsinə razılıq verilməsi heç vaxt birmənalı qarşılanmayıb. Bununla bağlı müxtəlif formalı süarlar səsləndirilib, aksiyalara cəhd edilib. Hətta Azərbaycana gələn erməni politoloq Qarabağlı gənc tərəfindən hava limanındaca şillələnib. Ancaq İlk Avropa Oyunlarında iştirak edən erməni idmançılarının təhlükəsizliyinin tam təmin edilməsi indi onu deməyə əsas verə bilər ki, bu dəfə də erməni şahmatçılarla bağlı hər hansı bir insident yaşanmayacaq.

Qarabağ Azadlıq Hərəkatının (QAT) sədri Akif Nağı erməni idmançılarının Bakıya gəlişinə sərt reaksiya verib.

O, Reaksiya.az-a QAT-ın bu olayla bağlı mövqeyinin birmənalı olmadığını bildirib: "Birinci Avropa oyunlarının əhəmiyyətinə və ilk dəfə keçirildiyinə görə çox kəskin aksiyalara getmədik. Ancaq indi bilsinlər ki, şahmat oyununun keçiriləcəyi yerlərin daxilində də, xaricində də radikal aksiyalar olacaq. Heç bir erməni idmançının gəlib burada şahmat oynamasına imkan verilməyəcək. Bunu təşkilatçılar da bilsinlər, ermənilər də!". 

Şərhlər