DYP "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

24.03.2023 12:52     Sport reaksiya     388

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək "Qarabağ"-“Qalatasaray”oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Modern.az xəbər verir ki, qurumun baş inspektoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.

Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.

DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

Reaksiya.az

Şərhlər