Mançini təhlükə qarşısında

02.02.2024 10:00     Sport reaksiya     116

Səudiyyə Ərəbistanı milliisinin baş məşqçisi Roberto Mançini istefa təhlükəsi ilə üz-üzədir.

Reaksiya.az xəbər verir ki, onun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir.

Bu haqda jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, komandanın göstərdiyi nəticələr rəhbərliyi qane etməyib.

Qeyd edək ki, Mançini ötən ilin avqust ayından sözügedən komandanı çalışdırır.

Onun rəhbərlik etdiyi milli Asiya kubokunun 1/8 finalında mübarizəni dayandırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar