“Qalatasaray” liderliyə yüksəldi

03.02.2024 09:45     Sport reaksiya     125

Futbol üzrə Türkiyə Superliqasında XXIV turun matçlarına start verilib.

Reaksiya.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Çempionluq mübarizəsi aparan “Qalatasaray” səfərdə “Samsunspor”la üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul nəhənginin heyətində 5-ci dəqiqədə Viktor Nelson hesabı açıb. Barış Yılmaz 11-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.

Günün digər görüşlərində “Hatayspor” “Fatih Karagümrük”ə 3:1 hesabı ilə qalib gəlib. “Ankaragücü”- “Sivasspor” matçındə isə qapılara qol vurulmayıb.

Bu nəticələrdən sonra “Qalatasaray” hazırda 63 xalla liderliyə yüksəlib. Bir oyun az oynayan “Fənərbağça” 60 xalla 2-ci, 37 xalı olan “Trabzonspor” 3-cüdür. “Beşiktaş” isə 36 xalla dördüncü pillədə qərarlaşıb.

Reaksiya.az

Şərhlər