Qurban Qurbanov bu futbolçunun üstündən xətt çəkdi

04.02.2024 12:49     Sport reaksiya     53

“Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin Portuqaliya “Braqa”sı ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

"Köhlən atlar"ın heyətinə 24 futbolçu daxil edilib.

Ağdam təmsilçisi “Braqa” ilə ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Komandamız rəqibini ayın 22-də Bakıda qəbul edəcək. "Köhlən atlar"ın vingeri Adama Diakabi isə heyətə salınmayıb. Qeyd edək ki, fransalı 11 nömrə qrup mərhələsi oyunları üçün də heyətdən kənarda qalmışdı.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov;

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.

Yarımmmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir;

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.

Reaksiya.az

Şərhlər