PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq

04.02.2024 14:30     Sport reaksiya     43

Fransanın “Paris Sen-Jermen” klubu komandanı tərk edəcək əsas forvardı Kilian Mbeppeyə əvəzləyici tapıb. 

Parislilər “Milan”ın hücumçusu Rafael Leaunu almaq istəyirlər. Lakin mümkün keçidin təfərrüatları hələ dəqiqləşdirilməyib. 

Xatırladaq ki, Mbappenin azad agent kimi “Real Madrid”lə müqavilə imzalamağa yaxın olduğu bildirilir. 

Qeyd edək ki, Leau 2019-cu ildən “Milan”da çıxış edir. Bu mövsüm cinah yarımmüdafiəçisi “rossonyerilər”in heyətində bütün turnirlərdə 27 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 90 milyon avrodur. 

Reaksiya.az

Şərhlər