"Bavariya"da 500 oyun keçirən İLK FUTBOLÇU

04.02.2024 16:15     Sport reaksiya     97

Tomas Müller "Bavariya"nın tarixinə düşüb.

Reaksiya.az xəbər verir ki, almaniyalı hücumçu Bundesliqanın 20-ci turunda "Borussiya"nı (Münhenqladbax) məğlub etdikləri oyunda (3:1) buna nail olub. 

34 yaşlı futbolçu "Bavariya"nın Bundesliqaya yüksəldikdən sonra bu klubun heyətində bütün yarışlarda 500 oyun keçirən ilk futbolçu olub. Münhen təmsilçisi 1965-ci ildən əsas liqada çıxış edir.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Müller 2008-ci ildə əsas komandada çıxış edir.

Reaksiya.az

Şərhlər