Dani Alveş məhkəmə qarşısına çıxır
05.02.2024 09:15 Sport reaksiya 129
"Barselona" və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş fevralın 5-də məhkəmə qarşısına çıxacaq.
Reaksiya.az "Marca"ya istinadən xəbər verir ki, məhkəmədə 28 şahid iştirak edəcək. 270 jurnalistin məhkəmədə iştirak etmək üçün akkreditə olunduğu bildirilib.
Barselona prokurorluğu Alveş üçün 9 il həbs cəzası istəyib.
Xatırladaq ki, Dani Alveş 2023-cü il yanvarın 20-də Barselonadakı gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb. 40 yaşlı futbolçu 6 aydır ki, həbsdədir.
Şərhlər