“Sumqayıt” yeni stadionda ilk qələbəsini qazandı

04.02.2024 18:15     Sport reaksiya     97

Azərbaycan Premyer Liqasında 21-ci turun növbəti görüşü baş tutub.

Reaksiya.az xəbər verir ki, günün ilk matçı təmirdən yeni çıxan, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

Görüşdə “Neftçi”ni qəbul edən “Sumqayıt” 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, günün son oyunu isə Qəbələdə olacaq. Yerli komanda “Zirə” ilə üz-üzə gələcək. 

Azərbaycan Premyer Liqası
21-ci tur tur
4 fevral

“Sumqayıt” - “Neftçi” 2:1

Qollar: Ninqa 8, 37 - Ozobiç 90+7(p)
Hakim: Elçin Məsiyev
Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar