Levandovskinin gələcək karyerası ilə bağlı planları məlum oldu

05.02.2024 10:30     Sport reaksiya     39

“Barselona”nın 35 yaşlı hücumçusu Robert Levandovski karyerasını Kataloniya klubunda davam etdirməyi planlaşdırır. 

Lakin futbolçu üçün klub rəhbərliyinin ona güclü idman layihəsi təklif edə bilməsi vacibdir.  

Məlumata görə, “Barselona”nın rəhbərləri də polşalı hücumçunu ən azı 2026-cı ilin yayına kimi,  hazırkı müqaviləsinin sonuna qədər komandada saxlamaq istəklərini bildirirlər.

Kataloniya klubu Levandovskinin yaxşı fiziki formasını və aşağı zədə nisbətini qeyd edir. Vurğulanır ki, hücumçunun özü başqa kluba keçmək istəyi ilə bağlı “Barsa” rəhbərliyinə məlumat verərsə, o zaman klub Levandovskiyə hörmət əlaməti olaraq onun gedişinə mane olmayacaq. 

Bu mövsüm 35 yaşlı futbolçu bütün yarışlarda 31 matçda iştirak edib, 14 qol vurub, 6 məhsuldar ötürmə edib. 

Reaksiya.az

Şərhlər