“İnter” azarkeşləri polisə hücum etdi

06.02.2024 18:45     Sport reaksiya     88

İtaliya çempionatının 23-cü turunun “Yuventus”la oyunundan sonra “İnter” azarkeşləri polisə hücum ediblər.

Reaksiya.az xəbər verir ki, “San Siro” stadionu yaxınlığında azarkeşlər polisə yaxın məsafəli əldəqayırma partlayıcı qurğular atıblar.

Nəticədə, polis maşınlarından birinə ziyan dəyib. Azarkeşlər həmçinin “Yuventus” azarkeşlərini daşıyan avtobusun altına fişənglər atıblar.

İtaliya polisi 50-yə yaxın “İnter” azarkeşini saxlayıb.

Reaksiya.az

Şərhlər