Niderland yığmasının üzvü haqqında həbs qərarı çıxarıldı
07.02.2024 14:00 Sport reaksiya 147
Niderland məhkəməsi Moskva “Spartak”ının futbolçusu Kuinsi Promes barədə həbs qərarı çıxarıb.
Reaksiya.az xəbər verir ki, 32 yaşlı vinger əmisi oğluna bıçaqla xəsarət yetirməkdə təqsirli bilinirdi.
Məhkəmə futbolçu bəradə 18 aylıq həbs qərarı verib. Niderland millisinin üzvü həmçinin, zərərçəkmişə dəymiş ziyanı ödəməlidir.
Hadisə 2020-ci ildə baş verib. Promes əmisi oğlunu dizindən ağır yaralayıb.
Şərhlər