Qətər millisi İrana qalib gələrək Asiya Kubokunun finalına yüksəlib

08.02.2024 09:00     Sport reaksiya     134

Fevralın 7-də keçirilən Asiya kubokunun yarımfinal oyunu Qətər millisinin qələbəsi ilə başa çatıb. Reaksiya.az-ın "Sport Express"ə istinadən verdiyi xəbərə görə, Qətər komandası İran yığması üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb. Qətərlilər 17-ci dəqiqədə Yassem Jaber Abdulsallam, 43-cü dəqiqədə Əkrəm Afif və 82-ci dəqiqədə Abdullah Almoez Əlinin qolları ilə qələbə qazanıb. İran millisinin heyətində Serdar Azmun oyunun 4-cü dəqiqəsində, Əlirza Cahanbaxş isə 51-ci dəqiqədə penaltidən fərqlənib. İkinci hissədə komanda Şoca Xəlilzadəni itirib - futbolçu meydandan qovulub. Reaksiya.az

Şərhlər