Yüksək Liqa: “Azərreyl” “Neftçi”yə qalib gələrək liderliyə yüksəlib

08.02.2024 21:00     Sport reaksiya     122

Kişi voleybolçuların Yüksək Liqasında XII turun bir oyunu keçirilib.

Reaksiya.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” və “Azərreyl” komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticələrdən sonra xallarını 21-ə çatdıran “Azərreyl” liderliyə yüksəlib. “Neftçi” isə 16 xalla dördüncü pillədə qalıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar