“Qarabağ” – “Braqa” matçının biletləri satışa çıxarıldı

09.02.2024 13:15     Sport reaksiya     96

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Braqa” matçının biletləri satışa çıxarılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi səhifəsi məlumat yayıb.

Biletlər bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar