CAR-ın futbol millisi Afrika Kubokunun bürünc mükafatçısı olub

11.02.2024 12:00     Sport reaksiya     114

Cənubi Afrika Respublikasının (CAR) futbol millisi Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda qarşılaşmada Konqo Demokratik Respublikasına qalib gəlib.

Reaksiya.az-ın məlumatına görə, turnir Kot-d İvuarda keçirilir.

Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə CAR futbolçuları daha güclü olub - 6:5.

CAR yığması 2000-ci ildən sonra ilk dəfə olaraq üçlükdə olub, həmin vaxt da üçüncü yeri tutub. Komanda 1998-ci ildə ikinci, 1996-cı ildə birinci olub.

Afrika Millətlər Kuboku fevralın 11-də Kot-d İvuar və Nigeriya milli komandaları arasında keçiriləcək final oyunu ilə başa çatacaq. Əvvəlcə yarışın 2023-cü ildə keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinə görə 2024-cü ilə təxirə salınıb. Turnir sonuncu dəfə 2022-ci ildə keçirilib, həmin vaxt Seneqal komandası qalib gəlib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar