"Qarabağ" - "Braqa" oyunu üçün satılan biletlərin sayı açıqlanıb

12.02.2024 19:15     Sport reaksiya     111

Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb. Ağdam təmsilçisindən Reaksiya.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya indiyədək 15 min bilet satılıb. Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır. Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək. Reaksiya.az

Şərhlər

Çox oxunanlar