Azərbaycan üzgüçüsü Dünya Su İdmanı Çempionatına qatılıb

13.02.2024 14:00     Sport reaksiya     122

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Qətərin paytaxtı Dohada keçirilən Dünya Su İdmanı Çempionatına qatılıb.

Reaksiya.az-ın məlumatına görə, B kateqoriyalı lisenziya qazanan millinin kapitanı bu gün yarışa başlayacaq.

O, əvvəlcə 200 metr məsafəyə batterflyayda qüvvəsini sınayacaq. Ramil Vəlizadə fevralın 16-da 100 metr məsafədə batterflyay üsulunda çıxış edəcək.

Fevralın 2-də startı verilən turnirə hazırda Çin 25 medalla liderlik edir. Çempionatda 190 ölkədən 2600-ə yaxın elit idmançı mübarizə aparır.

Qeyd edək ki, Dünya Su İdmanı Çempionatına fevralın 18-də yekun vurulacaq.

Reaksiya.az

Şərhlər