ÇL: "Latsio" "Bavariya"nı qəbul edəcək

14.02.2024 12:00     Sport reaksiya     88

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Reaksiya.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Fransada baş tutacaq.

"Latsio" Almaniyanın "Bavariya" komandasını qəbul edəcək. PSJ isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi "Real Sosyedad"ı sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral

Saat 00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

Baş hakim: Fransua Leteksye (Fransa).

Roma, "Stadio Olimpico".

Saat 00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya)

Baş hakim: Marko Quida (İtaliya).

Paris, "Park de Prens".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar