“Qarabağ” “Braqa” ilə oyuna ciddi itkilərlə çıxır

15.02.2024 11:45     Sport reaksiya     123

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Reaksiya.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu raundda ilk matçını keçirəcək.

Ağdam təmsilçisi tarixi qarşılaşmaya Portuqaliyada çıxacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda “Braqa”nın qonağı olacaq.

“Munisipal” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ”da Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən oynaya bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Reaksiya.az

Şərhlər