Azərbaycan cüdoçusu zədə səbəbindən “Böyük Dəbilqə”də iştirak etməyəcək
16.02.2024 15:00 Sport reaksiya 121
Azərbaycan cüdoçusu Kamran Süleymanov (66 kq) zədə səbəbindən Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyəcək.
Bu barədə Reaksiya.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova məlumat verib.
Qurum rəsmisi bildirib ki, 21 yaşlı cüdoçu məşq zamanı yüngül xəsarət alıb. Yığmanın həkimləri və məşqçilər korpusu gənc idmançının turnirə qatılmamasını qərara alıblar.
Qeyd edək ki, “Böyük Dəbilqə” Milli Gimnastika Arenasında keçirilir.
Şərhlər