“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının pley-off mərhələsinin rəmzi komandasına düşüb

16.02.2024 16:00     Sport reaksiya     131

“Qarabağ”ın 3 futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb.

Reaksiya.az xəbər verir ki, qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir “SofaScore” nəşrinin versiyasına əsasən “11-liy”ə daxil ediliblər.

Portuqaliyanın “Braqa” klubuna qarşı səfərdə keçirilən oyuna əsasən Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib. Rəmzi komandaya düşən oyunçulardan yalnız Portuqaliya “Benfika”sının üzvü Anxel Di Mariya (9,5) fransalıdan çox xal toplayıb.

Qeyd edək ki, “Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.

Reaksiya.az

 

Şərhlər