“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu bürünc medal görüşünə çıxacaq
16.02.2024 17:45 Sport reaksiya 195
Azərbaycanın 4 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində medal şansını davam etdirir.
Reaksiya.az-ın məlumatına görə, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Aydan Vəliyeva (52 kq) bu gün bürünc mükafat uğrunda görüşə çıxacaqlar.
Balabəy Ağayev (60 kq) - Kamoliddin Baxtiyarov (Özbəkistan)
Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)
Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)
Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)
Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz nəticə göstərib.
Şərhlər