Con Terriyə qarşı 1,4 milyon avroluq dələduzluq
24.08.2015 06:27 Sport reaksiya 2136
"Çelsi" futbol klubunun kapitanı Con Terri acgözlüyünün qurbanı olub. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu 20 faiz vədi ilə pul toplayan "Bristol siti"nin keçmiş oyunçusu Mayl Makondoya 1,4 milyon avro verib.
Dəbdəbəli həyat ilə diqqət çəkən Makindo isə iflas edib. Beləliklə, Con Terri də aldadılmış 30 futbolçunun siyahısında yer alıb. Terri ilə yanaşı Robbi Kin, Qabriel Aqbonlahorun da aralarında olduğu 30 futbolçu üst-üstə 42 miyon avroluq dələduzluqla üzləşib.
Şərhlər