“İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb
17.02.2024 15:45 Sport reaksiya 159
İtaliyanın “İnter” klubu tarixinin ən uğurlu ikinci göstəricisinə imza atıb. Reaksiya.az xəbər verir ki, “neradzurra” A Seriyasının XXV turunda “Salernitana”nı 4:0 hesabı ilə məğlub edərək buna nail olub. Milanlılar ölkə çempionatının ilk 24 oyununda 20 qələbə qazanıblar. Bu baxımdan rekord 2006/2007 mövsümündəki 21 qalibiyyətdir. Simone İnzaqinin kollektivi cari mövsüm digər 4 görüşün 3-də heç-heçə edib, yalnız 1 dəfə məğlub olub. Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən “İnter” (63 xal) ən yaxın izləyicisi “Yuventus”u 10 xal qabaqlayır. Reaksiya.az
Şərhlər