"Bayer 04" "Bavariya"nın rekordunu təkrarlayıb

18.02.2024 13:00     Sport reaksiya     77

Almaniyanın "Bayer 04" klubu "Bavariya"nın rekordunu təkrarlayıb.

Reaksiya.az-ın məlumatına görə, Xabi Alonsonun baş məşqçisi olduğu komanda buna Bundesliqanın XXII turunda "Haydenhaym"ı məğlub etməklə (2:1) nail olub.

Beləliklə, Leverkuzen təmsilçisi bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 32-yə (28 qələbə, 4 heç-heçə) çatdırıb.

Qeyd edək ki, "Bavariya" 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.

Reaksiya.az

Şərhlər