“Qarabağ”ın Avropa Liqasındakı rəqibinin Bakıya səfər proqramı müəyyənləşib

19.02.2024 15:00     Sport reaksiya     125

Portuqaliyanın “Braqa” klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu üçün fevralın 20-də Bakıya gələcək.

Bu barədə Reaksiya.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, axşam saatlarında paytaxtda olacaq komanda “Hilton” hoteldə məskunlaşacaq. Baş məşqçi Artur Jorjenin burada yeganə məşqi fevralın 21-də matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

“Braqa” rəhbərliyi Bakıya azarkeş də gətirəcək. Bunun üçün portuqaliyalılar 100 bilet istəyiblər.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Reaksiya.az

Şərhlər