Fransa klubu italiyalı baş məşqçisi ilə yollarını ayırıb

19.02.2024 17:45     Sport reaksiya     121

Fransanın "Marsel" klubu baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.

Reaksiya.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib. Komanda ötən gün Liqa 1-in XXII turunda "Brest"ə uduzub - 0:1.

Qeyd edək ki, Cennaro Qattuzo 2023-cü ilin sentyabrından "Marsel"də işləyib.

Reaksiya.az

Şərhlər