İspaniyalı tennisçi qolf turnirinin qalibi olub

19.02.2024 20:45     Sport reaksiya     48

İspaniyalı tennisçi Rafael Nadal Malyorkada həvəskarlar arasında keçirilən qolf turnirinin qalibi olub.

Reaksiya.az xəbər verir ki, o, 75 nəfərin qatıldığı və iki gün davam edən yarışda bütün rəqiblərini qabaqlayıb.

37 yaşlı ulduz tennisçi 2020-ci ildən bu turnirdə iştirak edir. O, ilk cəhdində dördüncü, 2021-ci ildə altıncı, 2022-ci ildə ikinci yeri tutub. 2023-cü ildə isə Avstraliya Açıq Çempionatında aldığı zədə səbəbindən yarışa qatıla bilməyib.

Qeyd edək ki, Rafael Nadal "Böyük Dəbilqə" turnirlərinin 22 qat qalibidir.

Reaksiya.az

Şərhlər