ÇL: “İnter” “Atletiko”ya qarşı

20.02.2024 12:15     Sport reaksiya     86

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Reaksiya.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

İtaliya nəhəngi “İnter” Milanda İspaniya “Atletiko”sunu qəbul edəcək. Dortmund “Borussiya” isə Niderlandda PSV-nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

20 fevral

00:00. “İnter” (İtaliya) – “Atletiko” (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Milan, “Cüzeppe Meatsa” stadionu.

00:00. PSV (Niderland) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Srcan Yovanoviç (Serbiya).

Eyndhoven, “Filips” stadionu.

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 13-də keçiriləcək.

Reaksiya.az

Şərhlər