İngiltərə klubu "Bavariya"nın hücumçusunu transfer etmək niyyətindədir
20.02.2024 19:30 Sport reaksiya 133
İngiltərə təmsilçisi "Çelsi" bu yay Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyni transfer etmək niyyətindədir.
Reaksiya.az-ın yerli mənbələrə istinadən məlumatına görə, komanda cari mövsümdə titul qazana bilməsə, ingilis forvardın Münxen klubunu tərk etmək ehtimalı artacaq.
Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. O, Münxen komandasının heyətində 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.
"Transfermarkt" portalı 30 yaşlı futbolçunun dəyərinin 110 milyon avro olduğunu qeyd edib. Keynin "Bavariya" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda bitir.
Şərhlər