Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada beynəlxalq yarışa qatılıblar

21.02.2024 16:30     Sport reaksiya     96

Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq yarışa qatılıblar.

Federasiyadan Reaksiya.az-a verilən məlumata görə, milli komanda Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyası turnirində mübarizə aparır.

Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarıqlarını göstərəcəklər.

Bu gün başlayan beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq.

Reaksiya.az

Şərhlər