"Qarabağ" Avropa Liqası oyunlarında ən çox top qazanan komandadır

23.02.2024 14:45     Sport reaksiya     107

"Qarabağ" Avropa Liqası oyunlarında ən çox top qazanan komandadır.

Reaksiya.az xəbər verir ki, bu, UEFA-nın açıqladığı statistikada əksini tapıb.

Azərbaycan çempionunun futbolçuları keçirdikləri 8 qarşılaşmada (6 qrup, 2 pley-off) 350 dəfə topu rəqibdən "oğurlayıblar".

Fransa təmsilçisi "Tuluza" və İtaliya "Roma"sı (hər ikisi 336) növbəti sıraları bölüşdürürlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar