Azərbaycanda baş məşqçi istefa verdi

24.02.2024 15:15     Sport reaksiya     100

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Reaksiya.az xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulundan baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar